Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi

Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi

Daxili Qoşunların “Şahin” Xüsusi Təyinatlı Dəstəsinin (XTD) sabiq komandiri, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Zəfər Yusibova yeni vəzifə verilib.

Bakıvaxtı.az-a istinadən xəbər verilir ki, Zəfər Yusibov Daxili Qoşunların İnspeksiya İdarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Zəfər Yusibov 2019-cu ildə növbədənkənar “polkovnik” hərbi rütbəsi alıb. Vətən müharibəsi zamanı Hadrut istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərib. Prezident İlham Əliyevin sərəncamı ilə ona “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

Mənbə: publika.az