Ayın 13-dən etibarən İran Dövlət Televiziyasının Birinci Kanalı ("Seda va Sima") Xəzər dənizi ilə bağlı qalmaqallı addım atıb.
SEPAH-ın telegram kanalına istinadən xəbər verilir ki, telekanal su hövzəsinin adını dəyişərək qədim İran toponimi kimi təqdim etdikləri "Mazandaran" sözündən istifadə etməyə başlayıb.
Telekanal bu addımı heç bir elmi və tarixi əsası olmayan, tamamilə uydurma iddia ilə əsaslandırmağa çalışır.
İran tərəfinin iddiasına görə, guya "Xəzər" toponimi "sionist mənşəlidir".
Qeyd edək ki, elmi məntiqdən uzaq olan bu absurd iddia və coğrafi adların dövlət səviyyəsində siyasi manipulyasiyaya məruz qalması qəbuledilməzdir.

Mənbə: musavat.com