Çikaqonun mərkəzində Azərbaycan bayrağı ucaldıldı - FOTO

Çikaqonun mərkəzində Azərbaycan bayrağı ucaldıldı -

ABŞ-ın Çikaqo şəhərində Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə dövlət bayrağı ucaldılıb.

Oktyabrın 16-da şəhərin mərkəzində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Bayrağı qaldırılıb.

Təşəbbüs Amerikanın Orta Qərb Azərbaycan Mərkəzi (Azerbaijan Center of Midwest America – ACMA) tərəfindən həyata keçirilib.

Qeyd olunub ki, bu təşəbbüs ABŞ-da yaşayan azərbaycanlıların milli-mədəni irsinə bağlılığını və Azərbaycan-ABŞ dostluğunu əks etdirir.(Azərtac)

Mənbə: publika.az