Trampın Özbəkistana səfəri planlaşdırılır

Trampın Özbəkistana səfəri planlaşdırılır

Vaşinqton 2027-ci ildə ABŞ Prezidenti Donald Trampın Özbəkistana səfərini təşkil etmək niyyətindədir.

Xarici mətbuata istinadən xəbər verilir ki, bu barədə ABŞ-nin Dövlət katibi Marko Rubio Səmərqənddə jurnalistlərə açıqlamasında bildirib.

“Biz səfərin baş tutmasını istərdik. Gələn il ərzində bunun üzərində işləyəcəyik və mümkün tarixləri müəyyənləşdirəcəyik”, - o deyib.

Rubionun sözlərinə görə, Tramp özü belə bir imkan olacağı təqdirdə Özbəkistana səfər etmək niyyətini ifadə edib.

Mənbə: qafqazinfo.az