Ötən həftə 1420 hektar ərazi minalardan təmizləndi

Ötən həftə 1420 hektar ərazi minalardan təmizləndi

Azad olunan ərazilərdə 12-18 oktyabrda 66 tank əleyhinə mina, 188 piyada əleyhinə mina, 631 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Publika.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1420.9 hektar ərazi minalardan təmizlənib.

Mənbə: publika.az