Bələdiyyə sədri icra başçısının müavini oldu - Foto

Bələdiyyə sədri icra başçısının müavini oldu - Foto

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı RİH başçısı Rafiq Cəlilov Sərəncam imzalayıb.

Sərəncama əsasən, Vahid Mirzəyev başçının müavini - Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, V. Mirzəyev yeni təyinatadək Cəlilabad Şəhər Bələdiyyəsinin sədri olub.

Surxay Şahbazov

Mənbə: qafqazinfo.az