Ukrayna ABŞ ilə birlikdə Əbu-Dabidə keçirilməsi nəzərdə tutulan üçtərəfli danışıqların vaxtını bir həftə irəli çəkməyə çalışır.
Bu haqda “Ukrainska Pravda” nəşri məlumat yayıb.
Məlumata əsasən, danışıqların yeni raundunun ABŞ Konqresinə seçkilərdən sonra – təxminən noyabrın 10-u civarında – keçirilməsi planlaşdırılır. Lakin Kiyev və Vaşinqton Rusiyanı görüşün ən azı bir həftə daha tez keçirilməsinə razı salmağa cəhd göstərirlər.
Mənbə: qafqazinfo.az