Putin Norveç və Finlandiya liderlərinə rədd cavabı verdi

Putin Norveç və Finlandiya liderlərinə rədd cavabı verdi

Rusiya prezidenti Vladimir Putin Finlandiya prezidenti Aleksandr Stubb və Norveçin baş naziri Jonas Gar Störe ilə söhbətində Donbas məsələsində güzəştə getməkdən imtina edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə yayılan məlumatda bildirilir ki, Putin Stubb və Störeyə Rusiyanın bütün Donbası ələ keçirmək məqsədindən güzəştə getməyəcəyini deyib.

Agentliyin mənbəyinə görə, bu zəngdən əvvəl Vladimir Putinlə telefonla danışan sonuncu Avropa lideri Fransa prezidenti Emmanuel Makron olub. Söhbət 2026-cı ilin iyul ayında baş tutub və ictimaiyyətə açıqlanmayıb.

Daha əvvəl Störe Putinlə telefon danışığını şərh edərkən qonşularla yaxşı münasibətlərin qorunmasının vacibliyini bildirib.

Son dörd il yarımda olduğu kimi, RF prezidenti yenə də hər kəsə “Donbas Rusiyanın olmalıdır” deyir.

Mənbə: musavat.com