Sabah - oktyabrın 30-da Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçiriləcək.
Ölkə.az-ın xəbərinə görə, toplantının gündəliyinə "Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında" məsələ daxil edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Azərbaycan Respublikasının Prezidentinin təqdim etdiyi 3 namizəd arasından Milli Məclis tərəfindən 83 səs çoxluğu ilə seçilir. Bu proses Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu ilə tənzimlənir.
Xatırladaq ki, hazırda İnsan hüquqları üzrə müvəkkil Səbinə Əliyevadır. Onun 7 illik səlahiyyət müddəti noyabrın 9-da başa çatır.
Mənbə: olke.az