ABŞ İranın iqtisadi blokadasını nə zaman qaldıracaq? – Bessent danışdı

ABŞ İranın iqtisadi blokadasını nə zaman qaldıracaq? – Bessent danışdı

ABŞ-ın İrana qarşı iqtisadi təzyiq kampaniyasının nə qədər davam edəcəyi dəqiq məlum deyil.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə naziri Skott Bessent CNBC-də danışıb.

Ondan İrana qarşı iqtisadi blokadanın müddəti soruşulub: "Mənim vaxt çərçivəm yoxdur".

Bessent iki aydan çoxdur davam edən "İqtisaqdi Təcrid Əməliyyatı"nın çox uğurlu olduğunu qeyd edib.

Xatırladaq ki, avqustun sonunda Bessent Vaşinqtonun İran üçün bütün gəlir mənbələrini bloklamağa yönəlmiş "İqtisaqdi Təcrid Əməliyyatı"nın başlandığını elan edib.

O əlavə etdi ki, ABŞ istənilən üçüncü ölkəyə qarşı yeni İran əleyhinə sanksiyalar tətbiq etməyə hazır olacaq.

Mənbə: musavat.com