Putinin G20 sammitinə dəvətinə Kallas etiraz etdi - Zaxarovadan sərt reaksiya

Putinin G20 sammitinə dəvətinə Kallas etiraz etdi -

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Rusiya Prezidenti Vladimir Putinin G20 sammitinə dəvət olunmasına qarşı çıxmasına sərt reaksiya verib.

Zaxarova bu barədə Telegram kanalında paylaşım edib.

O, Kallası Avropa İttifaqının “bağındakı müqəvva” adlandıraraq, onun bəyanatlarını mənasız və əsassız hesab etdiyini bildirib.

Zaxarovanın sözlərinə görə, G20 sammiti ilə bağlı Kallasdan heç kim məsləhət və ya rəy istəməyib.

“G20 ilə bağlı ondan heç kim məsləhət istəməyib, onun fikri də heç kimə maraqlı deyil”, – deyə Rusiya XİN rəsmisi yazıb.

Qeyd edək ki, Kaya Kallas Vladimir Putinin Mayamidə keçiriləcək G20 sammitinə dəvət olunmasına qarşı çıxıb. O bildirib ki, Rusiya liderinin sammitdə iştirakı Moskvanın beynəlxalq platformalara yenidən qayıtmasına şərait yarada bilər və bu, yolverilməzdir.

Günay Əli

Mənbə: konkret.az