Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi - Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...

Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi -

2027-ci il üçün dövlət büdcəsi layihəsinə əsasən, pensiya təminatı Ermənistanın dövlət büdcəsində ən böyük xərc sahələrindən biri olacaq.

Ermənistan büdcəsində pensiya təminatı təxminən 674 milyard dram (təxminən 3,174 milyard manat) təşkil edəcək.

Bu, müdafiə xərcləri üçün ayrılan 613,8 (2,800 milyard manat) milyard dramdan təxminən 60 milyard dram (təxminən 280 milyon manat) çoxdur. Layihəyə əsasən, Müdafiə Nazirliyinin ümumi büdcəsi 616,5 milyard dram olacaq ki, bunun 613,8 milyard dramı "Ermənistan Respublikası Silahlı Qüvvələrinin Strateji Yerləşdirilməsinin və Dövlət Sərhədlərinin Xarici Düşməndən Mühafizəsinin Təmin Edilməsi üçün Döyüş Hazırlığının Saxlanılması" proqramına ayrılacaq.

Eyni zamanda, Müdafiə Nazirliyinin büdcəsindən hərbi tibbi yardım və tibbi xidmətlər üçün 1 milyard dramdan çox vəsait ayrılacaq.

Müəllif: Tural

Mənbə: publika.az