Deputat: “Qazilərin problemlərinin həlli üçün regional şöbələr yaradılsın”

Deputat: “Qazilərin problemlərinin həlli üçün regional şöbələr yaradılsın”

Deputat Tahir Kərimli qazilərin problemləri ilə bağlı parlametin bu gün keçirilən iclasında çıxış edib. "Olaylar" xəbər verir ki, o, regional şöbələrin yaradılmasını təklif edib: "Regional şöbələr yaradılsın, qazilərə vəsiqələr və statuslar verilsin. Biz muharibə vaxtı "dəmir yumruğ"un gücünü gördük". Tahir Kərimli ahıska türklərinin də 44 günlük muharibədə qəhrəmancasına döyüşdüyünü xatırladıb.

Deputat futbol komandasının yetişə bilməməsinə də toxunub: "Gənclər üçün futbol komandası yetişmir. Uduzan da, udan da yerində qalır. Xahiş edirəm, uşaq və gənclər futbolunu məhv etməyin. Həyəcan təbili çalınmalıdır".

Mənbə: olaylar.az