Ləğv olunan "STM" şirkətinin direktoru Natiq Nəsibov kimdir?

Ləğv olunan "STM" şirkətinin direktoru Natiq Nəsibov kimdir?

Nizamnamə kapitalı 10 manat olan və 09.12.2005-ci il tarixində dövlət qeydiyyatına alınan “SMT” MMC (VÖEN: 1800342551) ləğv olunduğunu elan edib.
Yeniavaz.com xəbər verir ki, ləğvetmə ilə bağlı elan “Vergilər” qəzetinin veb-saytına yerləşdirilib.
Elanda bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, Proletar küçəsi, ev 30 ünvanına bildirə bilərlər.
Məlumat üçün bildirək ki, “SMT” MMC-nin qanuni təmsilçisi Nəsibov Natiq Astan oğludur. Nəsibov Natiq Astan oğlu daha əvvəl "Expressbank" ASC-nin Direktorlar Şurasının üzvü olub. Natiq Nəsibov eyni zamanda "Expressbank" ASC-nin əsas səhmdarlarından (17,69%) biri olan "Enerqoservis" MMC-nin də qanuni təmsilçisi olub.
Qeyd edək ki, "Expressbank" ASC-nin “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri Etibar Pirverdiyevə məxsus olması ilə bağlı mətbuatda dəfələr məlumat yayılıb. Bildirilib ki, "Expressbank" ASC-nin səhimdarlarından (15,99%) olan Xammədov Hikmət Hacəmməd oğlu Etibar Pirverdiyevin qayınıdır. Xammədov Hikmət Hacəmməd oğlu eyni zamanda “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” ASC-nin əsas səhimdarı (98,5%) olub.

Mənbə: www.yeniavaz.com