Ukrayna Rusiyanı yeni kütləvi kiber hücumlarda ittiham edir

Ukrayna Rusiyanı yeni kütləvi kiber hücumlarda ittiham edir

Ukrayna Rusiyaya məxsus adı açıqlanmayan internet şəbəkələrini Ukraynanın təhlükəsizlik və müdafiə saytlarına kütləvi kiber hücumlarda günahlandırıb. Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının açıqlamasında bildirilib.

Şura vurulan ziyan barədə heç bir məlumat verməyib. Açıqlamada deyilir ki, hücumlar fevralın 18-də başlayıb və Ukraynanın Təhlükəsizlik Xidmətinə, şuranın özünə, bəzi digər dövlət qurumlarına və strateji müəssisələrə aid veb saytlara qarşı yönəldilib.

Kiyev daha əvvəl də Moskvanı Ukraynaya qarşı “hibrid müharibə”nin bir hissəsi kimi böyük kiber hücumlar təşkil etməkdə günahlandırmışdı.
 

 

Mənbə: ordu.az