Dağıstanda 170 minə yaxın sakin işıqsız qalıb

Dağıstanda 170 minə yaxın sakin işıqsız qalıb

Bakı. Orxan Nəbiyev - Trend:

Dağıstanda güclü küləklər elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Trend-in məlumatına görə, bir neçə rayonda ümumilikdə 168 mindən çox sakin işıqsız qalıb.

Qeyd olunur ki, bölgədə küləyin sürəti saniyədə 35 metrədək çatır.

 

Fəsadların aradan qaldırılması 150-dən çox mütəxəssis və 50-dən çox texnika cəlb olunub.

Mənbə: az.trend.az