Paşinyan hökuməti erməni-rus münasibətləri barədə nəyi gizlədir?

Paşinyan hökuməti erməni-rus münasibətləri barədə nəyi gizlədir?

“Erməni-rus münasibətləri barədə rəsmi şərhlər çoxdandır reallığa uyğun gəlmir”. Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Demokrat” partiyasının sədri Aram Sarkisyan deyib.

O qeyd edib ki, münasibətlərə yeni keyfiyyət vermək üçün dərhal hazırkı hakimiyyətdən qurtulmaq lazımdır.

“Erməni-rus münasibətləri təhlükəsizlik zonasında olduğumuz müttəfiq ölkəmiz kimi vacib və məcburi olmalıdır. Biz bu səriştəsiz hakimiyyətdən sadəcə imtina etməliyik ki, yeni keyfiyyət münasibətlər qura bilək”, - deyə Sarkisyan bildirib.
 

 

Mənbə: ordu.az