“Rusiya Ermənistana silahlanmada kömək edir” - Sergey Kopırkin

“Rusiya Ermənistana silahlanmada kömək edir” -  Sergey Kopırkin

Ermənistan və Rusiya müdafiə nazirlikləri arasında müxtəlif sahələrdə əlaqələr davam edir. Azvision.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

Gümrüdəki 102-ci Rusiya hərbi bazasının genişlənməsi nəzərə alınaraq, bir hissəsinin Ermənistanın şərq istiqamətinə yerləşdirilməsi barədə müdafiə naziri Vaqarşak Arutyunyanın açıqlamasına münasibət bildirən səfir, müvafiq məlumatların vaxtında veriləcəyini qeyd edib.

Diplomat, eyni zamanda Rusiyanın ordunun silahlandırılması və islahatların aparılmasında erməni tərəfdaşlarına kömək etdiyini bildirib.

"Rusiya artıq bunu edir", - deyə Kopırkin əlavə edib.
 

Mənbə: azvision.az