Ukrayna XİN başçısının müavini Azərbaycanda səfərdədir

Ukraynanın xarici işlər nazirinin müavini Vasili Bodnar Azərbaycanda səfərdədir.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna səfiri Vladislav Kanevski "Twitter"də bildirib.

V. Bodnar Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevlə görüşüb.

Ukrayna XİN başçısının müavini M. Məmməd-Quliyevlə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) fəaliyyətinin perspektivli sahələrini müzakirə edib.

Qeyd edək ki, V. Bodnar QDİƏT-in Baş katibi vəzifəsinə namizəddir.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

İşğalçılar Qarabağda ağlasığmaz tələlər qurublar - Ekspertlər “Sahil Kərimli ilə Aktual” videolayihəsində (VİDEO)

SONRAKI XƏBƏR

Paşinyan hökuməti erməni-rus münasibətləri barədə nəyi gizlədir?