Naxçıvanski Hərbi Liseyin məzunlarından 18 nəfəri Vətən Müharibəsi Qəhrəmanı adı alıb

"Ötən il sentyabrın 27-də başlamış Vətən müharibəsində Hərbi Liseyin 60 nəfərdən çox zabit, gizir, müddətdən artıq hərbi qulluqçu heyəti döyüş əməliyyatlarında iştirak edib".

APA xəbər verir ki, bu sözləri Cəmşid Naxçıvanski adına hərbi liseyinin rəisi, general-mayor Bəkir Orucov deyib.

Onun sözlərinə görə, döyüşdə iştirak edənlərdən 3 nəfər yaralanıb, 1 nəfər - mayor Asiman Əliyev isə şəhid olub: "Liseyin məzunlarından 18 nəfərinə Vətən Müharibəsi Qəhrəmanı adı, yüzlərlə məzun olan zabitlərimiz isə orden və medallarla təltif olunub".

 

Apa.az

ƏVVƏLKİ XƏBƏR

İşğalçılar Qarabağda ağlasığmaz tələlər qurublar - Ekspertlər “Sahil Kərimli ilə Aktual” videolayihəsində (VİDEO)

SONRAKI XƏBƏR

Paşinyan hökuməti erməni-rus münasibətləri barədə nəyi gizlədir?