"Sanki ölülərdən də intiqam almaq istəyiblər” - Hikmət Hacıyev

"Sanki ölülərdən də intiqam almaq istəyiblər” - Hikmət Hacıyev

“Ermənilərin azərbaycanlılara məxsus məzarlarla savaşmalarına, qəbirləri talan etmələrinə deyəcək söz tapa bilmirəm. Sanki ölülərdən də intiqam almaq istəyiblər”.

Unikal.org “Anadolu”ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Bu vandalizmin ən iyrənc formasıdır. Beynəlxalq ictimaiyyət Ermənistanın illərdir tətbiq etdiyi bu vəhşəti görməlidir”, - o bildirib.

Mənbə: www.unikal.org