Əbu-Dabidə Ermənistanın rüsvayçılığının səbəbi

Əbu-Dabidə Ermənistanın rüsvayçılığının səbəbi

Məlum olduğu kimi, Əbu-Dabidə IDEX-2021 (International Defense Conference & Exhibition) adlı 15-ci beynəlxalq hərbi sənaye sərgisi keçirilir. Sərgidə Ermənisan da Yüksək Texnoloyalar Sənayesi naziri Hakob Arşakyanın başçılıq etdiyi nümayəndə heyəti timsalında iştirak edir. Lakin yalnız bukletlərlə…

Dünən gün ərzində nazirlik izah edib ki, yaranmış logistik problemlər nəticəsində erməni hərbi texnikasının nümunələri Əbu-Dabiyə çatmayıb.

“Lakin bu, nazirliyin, yumşaq desək, məsuliyyətsiz işini daha açıq-aşkar edir.

Artıq qeyd etmişdik ki, Arşakyan Ermənistan Milli Politexnik Universitetinin rektor seçkiləri ilə məşğuldur.

Mənbələrimizin məlumatına görə, irəli sürülmüş 6 namizəd arasında yüksək texnologiyalar sənayesi nazirinin öz “ürək” namizədi var”, - deyə “Past” nəşri yazıb.
 

 

Mənbə: ordu.az