Rusiya yaza qədər Açıq Səmalar Müqaviləsindən tamamilə çıxa bilər

Rusiya yaza qədər Açıq Səmalar Müqaviləsindən tamamilə çıxa bilər

Rusiya yaza qədər Açıq Səmalar Müqaviləsindən çıxmaq üçün daxili prosedurları tamamlaya bilər. Ordu.az xəbər verir ki, bu barədə hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə Vyana danışıqlarında Rusiya nümayəndə heyətinin başçısı Konstantin Qavrilov məlumat verib.

O qeyd edib ki, ABŞ bu müddətə qədər müqaviləyə qayıtmağa hazır olduğunu bildirməzsə, Moskva müqavilədən çıxmaq qərarını depozitar ölkələrə bildirəcək.

“Rusiya Federasiyasının müqavilədən çıxması üçün daxili prosedurlar davam edir. Hesablamalarımıza görə, bu ilin yayına qədər bitə bilər. Bu andan əvvəlki razılaşma ilə təyin olunan altı aylıq bir müddət başlayacaq”, - deyə Qavrilov bildirib.

Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp ölkəsini Açıq Səmalar Müqaviləsindən çıxardıqdan sonra Rusiya da müqavilədən çıxmaq üçün daxili prosedurları başladıb.

Açıq Səma Müqaviləsi 24 Mart 1992-ci ildə Helsinkidə imzalanıb və hazırda 35 üzv dövlət qoşulub. Müqaviləyə qoşulan dövlətlər potensial və faktiki hərbi fəaliyyətlər haqqında məlumat toplamaq üçün müqavilənin digər tərəflərinin əraziləri üzərində müşahidə uçuşları həyata keçirə bilərlər.
 

 

Mənbə: ordu.az