“Hamımız peyvənd olunaraq, xəstəliyə qalib gəlməliyik” - Pənah Hüseyn

“Hamımız peyvənd olunaraq, xəstəliyə qalib gəlməliyik” -  Pənah Hüseyn

Mütəxəssislər xəstəliyə qalib gəlməyin yolu kimi peyvənd olmağı məsləhət görürlər. Azvision.az xəbər verir ki, bunu Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn deyib. Partiya sədri bildirib ki, hamımız peyvənd olunaraq, xəstəliyə qalib gəlməliyik.

"COVID-19 əleyhinə peyvəndləmə hər kəs üçün lazımdır. Bütün hallarda peyvəndləməni müsbət hal hesab edirəm”, - deyə partiya sədri vurğulayıb.

Qeyd edək ki, bu gündən ölkədə siyasi partiyaların nümayəndələrinin vaksinasiyasına başlanılıb.

Azvision.az

 

Mənbə: azvision.az