Ermənistan ordusu yenidən formalaşdırılır: Rusiyadan kimlər köməyə gəlib?

Ermənistan ordusu yenidən formalaşdırılır: Rusiyadan kimlər köməyə gəlib?

44 günlük müharibədən sonra Ermənistan Silahlı Qüvvələrində yenidən formalaşdırma işləri həyata keçirməyə qərar veriblər. "Joğovurd” nəşri yazır ki, bunlar yalnız son zamanlarda başlayıb.

“Bizdə olan məlumatlara görə, məqsəd ordunu mövcud əsasdan dəyişmək, tamamilə başqa silahlı qüvvələr yaratmaqdır və rus tərəfi bu işlərdə böyük rola malik olacaq.

Məsələ burasındadır ki, rus tərəfindən mütəxəssislər gəliblər, onlar hazırda erməni tərəfi ilə bu işləri həyata keçirirlər və yaxın gələcəkdə dəyişikliklərə şahid olacağıq.

Lakin Müdafiə Nazirliyi bununla bağlı suallara cavab verməkdən yayınır”, - deyə nəşr bildirib.
 

 

Mənbə: ordu.az