“İran Albaniyadakı etirazlarda iştirak edir, bunun sübutları var” - Edi Rama

“İran Albaniyadakı etirazlarda iştirak edir, bunun sübutları var” -

“İran Albaniyada keçirilən etiraz aksiyalarında iştirak edir və bununla bağlı sübutlar mövcuddur”.

Bunu Albaniyanın Baş naziri Edi Rama bəyan edib.

O bildirib ki, iyun ayından indiyədək davam edən etirazlarda xarici qüvvələrin iştirakı reallıqdır.

“İranın bu etirazları təşkil etdiyini heç vaxt deməmişəm. Mən bildirmişəm ki, Tehrandakı cinayətkar rejimin əli bulvarda baş verən hadisələrdə var və bununla bağlı sübutlarımız mövcuddur. Bir daha aydınlıq gətirmək istəyirəm: heç bir halda xalqın mandatını almış, demokratik yolla seçilmiş baş nazirin istefası küçə etirazları vasitəsilə məcburi şəkildə təmin edilə bilməz”, – deyə Edi Rama vurğulayıb.

Mənbə: bizim.media