İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi İslam Respublikasının ali lideri Müctəba Xameneinin məktubunu Rusiya Prezidenti Vladimir Putinə çatdırıb.
Bu barədə İranın dövlət televiziyası IRIB məlumat yayıb.
“Möhsün Rzai ali liderin məktubunu cənab Putinə çatdırıb”, – deyə məlumatda bildirilir.
Məktubun məzmunu ilə bağlı təfərrüatlar açıqlanmır.
Hüseyn İbadlı
Mənbə: publika.az