Belçika kralı Filip ölkədə büdcənin razılaşdırılması ətrafında yaranan böhran fonunda baş nazir Bart De Veverin istefasını qəbul etməkdən imtina edib və ondan danışıqları dərhal bərpa etməyi tələb edib.
“Keçirilən məsləhətləşmələrin yekunlarına əsasən, kral baş nazirin istefasını qəbul etməmək və ondan büdcə danışıqlarını dərhal bərpa etməyi xahiş etmək qərarına gəlib”, – bəyanatda qeyd olunub.
Qeyd olunub ki, cümə günü kral Bart De Veverlə görüşüb və hakim koalisiyaya daxil olan beş partiyanın sədrləri ilə məsləhətləşmələr aparıb. Onların hamısı qarşıdakı üç il üçün büdcə ilə bağlı razılıq əldə etməyə və qarşılıqlı güzəştlərə getməyə hazır olduqlarını təsdiqləyiblər.
O da bildirilib ki, baş nazir noyabrın 16-da danışıqların nəticələri barədə yenidən krala məruzə etməlidir.
Müəllif: Valeh
Mənbə: publika.az