“ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatları bərpa edərsə, neftin bir barelinin qiyməti 150 dolları ötə bilər.
Bunu İran parlamentinin deputatı Hüseyn Əli Deliqani “Tasnim” agentliyinə açıqlamasında bildirib.
“ABŞ və sionist rejim tərəfindən hər hansı dağıdıcı addım atılarsa və ya hücumlara başlanılarsa, İranın cavabı elə olacaq ki, raketlər Avropaya qədər çatacaq. Bu isə neftin qiymətinin 150 dolları keçməsinə səbəb olacaq”, – deyə deputat xəbərdarlıq edib.
Bundan əvvəl Vaşinqtonda yerləşən Kvinsi İnstitutunun icraçı vitse-prezidenti Trita Parsi ABŞ və İranın təhlükəli həddə yaxınlaşdığını bildirmişdi. Onun sözlərinə görə, tərəflər arasında genişmiqyaslı hərbi əməliyyatların yenidən başlaması neftin bir barelinin qiymətini 200 dollara qədər yüksəldə və qlobal iqtisadi tənəzzülə səbəb ola bilər.
Qeyd edək ki, oktyabrda “Bloomberg” agentliyi Yaxın Şərqdə müharibənin yenidən başlaması ehtimalı, ehtiyatların azalması və dizel yanacağı qıtlığı səbəbindən “Brent” markalı neftin qiymətinin 100 dolları keçdiyini yazmışdı.
Xatırladaq ki, ABŞ daha əvvəl İranın Qəşm adasındakı hərbi obyektlərə zərbələr endirib.
Mənbə: qafqazinfo.az