Almaniya məhkəməsi Əsəd hökumətinin rəsmisini insanlığa qarşı cinayətdə ittiham edib

Almaniya məhkəməsi Əsəd hökumətinin rəsmisini insanlığa qarşı cinayətdə ittiham edib

Almaniya məhkəməsi Suriya Prezidenti Bəşar Əsədin gizli polisinin keçmiş üzvünü məhkumlara işgəncə verməklə əlaqədar olaraq üçün insanlığa qarşı cinayətdə iştirak etməkdə günahkar tanıyıb.

Koblenz məhkəməsi İyad Əl-Qəribi 4 il yarım həbs cəzasına məhkum edib.

Prokurorlar onu etirazçıları həbs edərək, işgəncə verilən təcridxanaya aparan bir bölmənin üzvü olmaqda günahlandırıb.

Bu, Suriya xaricində Əsəd hökumətinin üzvlərinin insanlığa qarşı cinayət ittihamı ilə işlə əlaqədar məhkəmə tərəfindən çıxarılan ilk hökmdür.

Məhkəmə eləcə də insanlığa qarşı cinayətlər törətməkdə günahlandırılan ikinci bir şəxsin işinə baxır. Bu məhkəmə prosesinin ilin sonunadək davam edəcəyi gözlənilir.

Prokurorlar Almaniya məhkəməsində insanlığa qarşı cinayət ittihamlarının irəli sürülməsi üçün universal yurisdiksiyanın prinsipinə istinad edir.

Mənbə: www.amerikaninsesi.org