Ərdoğan bu tarixdə Makronla görüşəcək? - "Lopinion"

Ərdoğan bu tarixdə Makronla görüşəcək? - "Lopinion"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla gələn həftə görüşəcək.

KONKRET.az xəbər verir ki, bu iddia ilə Fransanın “Lopinion” qəzeti çıxış edib.

“Aldığımız məlumata görə, Ərdoğanın növbəti həftənin 2-ci günü Makronla telefon və ya videokonfrans formatında görüşü gözlənilir. Bu görüş iki ölkə arasındakı gərginliyi azalda bilər”, – qəzetin məlumatında vurğulanıb.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makronun Türkiyənin terrorla mübarizəsində, Şərqi Aralıq dənizində, eləcə də Qarabağ məsələsində yürütdüyü siyasətə haqsız mövqe sərgiləmiş, bunun qarşılığında isə Ərdoğan Makronu Fransanın bəlası adlandırmışdı.

Mənbə: konkret.az