Sarkisyan Rüstəm Muradovla görüşdü

Sarkisyan Rüstəm Muradovla görüşdü

Ermənistan prezidenti Armen Sərkisyanla Qarabağdakı Rusiya sülhməramlı kontingentinin rəhbəri general Rüstəm Muradov arasında görüş keçirilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan Prezident Administrasiyasından məlumat verilib.

Görüşdə eyni zamanda Rusiyanın Ermənistandakı səfirliyinin hərbi attaşesi Andrey Qrişuk və separatçı-terrorçu “dqr”in nümayəndəsi Boris Avakyan da iştirak ediblər.

Görüşdə Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası və əsirlərlə bağlı məsələlər müzakirə olunub.

Mənbə: virtualaz.org