Apreldə Qarabağın bərpasına həsr olunan böyük biznes forum keçiriləcək - VİDEO

Apreldə Qarabağın bərpasına həsr olunan böyük biznes forum keçiriləcək - VİDEO

Aprelin ortalarında Bakıda qarabağın bərpasına həsr olunmuş böyük biznes forum keçiriləcək.

Türk Şurasının Baş Katibi Bağdad Amreyevin sözlərinə görə, biznes forumda şuraya üzv ölkələrin əsas biznes dairələri iştirak edəcək:

"3 həftə əvvəl prezident İlham Əliyevlə görüşdə Türk Şurası ölkələrinin Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirakını müzakirə etdik. Bundan başqa hələ noyabrın 2-də türk ticarət və sənaye palatasından olan 10-larla nüfuzlu bizmesmenlə Bakıya səfərimiz zamanı Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə artıq bu plan üzərində işləməyə başlamışdıq. Bu dəfə bütün bu məsələri biz cənab prezident İlham Əliyevlə bir daha təfərrüatı ilə müzakirə etdik. Bununla bağlı türk şurasının bütün üzv ölkələrinə səfər etdim, biznes dairələri ilə görüşdüm, hamı qarabağın bərpası proqramında işləməyə hazırdır. Razılaşmışıq ki, aprelin ortalarında Bakıda azad olunmuş ərazilərin bərpasına həsr olunmuş böyük biznes forum keçirək. Türk şurası ölkələrindən 10-larla iri şirkət, 100-lərlə sahibkar, burada iştirak edəcək. Bərpa planı əsasən infrastruktur, sənaye , yaşayış və digər obyektlərin tikintisini nəzərdə tutuur. Bundan başqa Türk şurasının üzv ölkələri Qarabağda dağıdılmış mədəni abidələrin bərpası proqramında da iştirak edəcək. türksoy, türk akademiyası, türk mədəni irsi fondu maksimum dərəcədə bu işə cəlb olunacaq".

Mənbə: www.realtv.az