Məhərrəm İsmayılov hər iki Qarabağ müharibəsinin iştirakçısı olub, torpaq uğrunda döyüşüb. Amma missiyasını başa çatmış hesab etmir. İndi də həmin torpaqda faydalı işlə məşğul olmaq üçün arxa cəbhədə canla-başla çalışır. Qısa müddətdə yaratdığı quşçuluq təsərrüfatında artıq bir neçə qazi və şəhid ailəsi işə cəlb olunub.