Baş nazirin sözləri etiraz yaratdı: “Qurandan başqa heç bir kitab…”

Baş nazirin sözləri etiraz yaratdı: “Qurandan başqa heç bir kitab…”

Sloveniya Baş naziri Yanez Yanşanın Tvitterdə Quranla bağlı paylaşımı müzakirə mövzusuna çevrilib.

Teleqraf.com xəbər verir ki, baş nazirin paylaşımında İslam dininin müqəddəs kitabına qarşı təhqiramiz ifadələr diqqət çəkib.

“Qurandan başqa heç bir kitab daha çox ölümə, ağrıya, zülmə, yoxsulluğa və sosial geriləməyə səbəb olmayıb”, - Yanşa qeyd edib.

Hökumət başçısının ittihamına Sloveniya İslam Birliyi cavab verib. Birlikdən verilən açıqlamada Yanşa yol verdiyi ifadələrə görə qınanılıb.

Mənbə: teleqraf.com