Hillari Klinton ABŞ-a sui-qəsd haqqında kitab yazır

 

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton məşhur kanadalı yazıçı Luis Penn ilə birlikdə triller yazacaq.

Bu barədə “Simon & Schuster” nəşriyyatının saytında qeyd edilib.

“State of Terror” adlı kitabın (Terror dövləti) 12 oktyabrda çıxması planlaşdırılır. Baş qəhrəman bu yaxınlarda prezident administrasiyasında dövlət katibi vəzifəsinə təyin edilən şəxs olacaq.

“Bir sıra terror hücumları dünya nizamını xaosa sürükləyir və katibə sui-qəsdin üstünü açmaq üçün komanda yığmaq tapşırılıb”, - deyə bildirilir.

Klinton bundan əvvəl ABŞ-ın 44-cü prezidenti Barak Obamanın rəhbərliyi altında dövlət katibi vəzifəsində çalışıb. 2016-cı ildə prezident seçkilərində ABŞ-ın Demokratlar partiyasından namizəd olaraq iştirak edib, lakin respublikaçı Donald Trampa məğlub olub.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Braziliyada bir gündə 66,6 minə qədər insanda COVID-19 aşkar edilib

SONRAKI XƏBƏR

BMT-nin binası önündə Xocalı faciəsini əks etdirən sərgi təşkil olunacaq