Bayden Trampın daha bir fərmanını ləğv edib: "ABŞ-ın maraqlarına cavab vermir"

Bayden Trampın daha bir fərmanını ləğv edib: "ABŞ-ın maraqlarına cavab vermir"

ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın bir sıra kateqoriyadan olan əcnəbi vətəndaşların ölkə ərazisinə girişini məhdudlaşdıran fərmanını ləğv edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin açıqlamasında deyilir.

“Koronavirusun yayılmasından sonra iqtisadiyyatın bərpası dövründə ABŞ-da əmək bazarı üçün təhlükə yaradan immiqrantların 22 aprel 2022-ci il tarixindən etibarən ölkəyə girişinin dayandırılması ABŞ-ın maraqlarına cavab vermir, əksinə, ABŞ-a zərər vurur. Müvafiq qərar ləğv edilir”, - deyə sənədin mətnində qeyd olunub.

Xatırladaq ki, D.Tramp 22 aprel 2020-ci il tarixində koronavirus infeksiyasının yayılmasının mənfi iqtisadi nəticələri səbəbindən bir sıra kateqoriyalar üzrə ölkəyə immiqrasiyanın 60 günlük qadağan edilməsi barədə fərman imzalamışdı. Fərmanın müddəti sonradan bir neçə dəfə uzadılıb.

Mənbə: apa.az