ABŞ və Kanada Çinə qarşı birləşir

ABŞ və Kanada Çinə qarşı birləşir

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Co Bayden və Kanadanın Baş naziri Castin Tryudo fevralın 23-də baş tutan virtual görüşdə Çinə qarşı durmaq istiqamətində fəaliyyətlərini koordinasiya etmək barədə razılığa gəliblər.

Bu barədə danışıqların nəticələrinə əsasən ABŞ lideri danışıb.

«Bu, bizim yanaşmamızın koordinasiyasını əhatə edir ki, Çinlə yaxşı koordinasiya edək və öz maraqlarımızı yaxşı qoruyaq» - Bayden deyib.

Xatırladaq ki, ABŞ Çini sanksiyalarla hədələyir və onu insan haqlarını pozmaqda günahlandırır. Pekin isə buna cavab olaraq, Çinin daxili işlərinə qarışmamağı tövsiyə edir.

Bayden və Tryudo həm də ekologiya məsələsinə toxunaraq, 2050-ci ilə «sıfır» tullantıya çatmaq üzərində işləmək barədə razılığa gəliblər. «Biz, iqlimsəl ambisiyalar üzrə yüksək səviyyəli nazirlər dialoqunu işə salacağıq və siyasətlərimizi razılaşdıracağıq» - Bayden şərh edib.

Tryudo da öz növbəsində, ABŞ-ın yeni administrasiyasının iqlim dəyişikliyinə diqqətinin yenilənməsini alqışlayıb: «Bir daha, sağ olun ki, Siz belə fəal şəkildə iqlim dəyişikliyi üzrə işləməyə başlamısınız. Son illər bu sahədə ABŞ liderliyi katostrofik həddə qədər çatışmırdı» - Kanadanın Baş naziri qeyd edib.

AzPolitika.info

Mənbə: azpolitika.info