ABŞ RƏM sistemi KXDR-a tuşlanıb - Çin və Rusiyaya yox...

ABŞ RƏM sistemi KXDR-a tuşlanıb - Çin və Rusiyaya yox...

Amerika Birləşmiş Ştatlarının (ABŞ) raket əleyhinə müdafiə sistemi (RƏM) hazırkı anda Koreya Xalq Demokratik Respublikasına (KXDR) tuşlanıb, ABŞ silahlı qüvvələri həm də ballistik raketlər hazırlanması proqramı ilə əlaqədar olaraq, İranı müşahidə edirlər.

Bu barədə fevraln 23-də ABŞ silahlı qüvvələri (SQ) Qərargah rəisləri komitəsinin sədr müavini, general Con Hayten Vaşinqton strateji və beynəlxalq araşdırmalar mərkəzinin təşkil etdiyi videokonfransda xəbər verib.

«Bizim milli raket əleyhinə müdafiə sistemimiz indiki anda tərəddüdsüz olaraq Şimali Koreyaya yönəldilib, Çinə, Rusiyaya və İrana yox. Biz, İranı diqqətlə izləməyə başlayırıq, çünki İran əhəmiyyətli ahənglə raket tikintisini davam etdirir» - general bildirib.

«ABŞ-ın düşmənləri 25 il müddətində bizi müşahidə etdilər, bizim güclü tərəflərimizə qarşı durmaq üçün strategiyalar hazırladılar və onların hamısı raket istehsalına əhəmiyyətli vəsait yönəltmək qərarına gəldilər» - Hayten hesab edir.

O, xatırladıb ki, ABŞ SQ hər zaman özünün nüvə doktrinasına, RƏM sisteminə və kosmosa ayrı-ayrılıqda baxıb.

«Biz, strateji qarşıdurmaya elə baxmağa başlamalıyıq ki, hər şeyi (bütün bu amilləri) bütövlükdə nəzərə ala bilək» - general əlavə edib.

AzPolitika.info

Mənbə: azpolitika.info