Ərdoğan Şuşa Şəhər İcra Hakimiyyətində rəsmi mərasimlə qarşılanacaq

Ərdoğan Şuşa Şəhər İcra Hakimiyyətində rəsmi mərasimlə qarşılanacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Zəfər Günü münasibətilə Azərbaycana edəcəyi səfərin proqramı məlum olub.

Bu barədə “Anadolu” məlumat yayıb.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri çərçivəsində Şuşa Şəhər İcra Hakimiyyətində rəsmi mərasimlə qarşılanacaq.

Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək, birgə mətbuat konfransı keçirəcək.

Türkiyə Prezidenti Xocalı Soyqırımı Memorialını və muzeyini ziyarət edəcək, Xankəndi Zəfər Abidəsinin önünə əklil qoyacaq və rəsmi ziyafətdə iştirak edəcək”, - məlumatda bildirilib.

Mənbə: publika.az