Abşeronda növbəti çalxalanma: Tanınmış QHT sədri İctimai Şuradan getdi

Abşeronda növbəti çalxalanma: Tanınmış QHT sədri İctimai Şuradan getdi

Son dövrlər Abşeron rayon icra hakimiyyəti və icra başçısı ilə bağlı xəbərlər gündəmi zəbt edib.
Bu gün Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyin sədri İradə Əlili (Əliyeva) Abşeron rayon icra hakimiyyəti yanında İctimai Şuraya aid olmadığın bəyan edib:
“Bu yaxınlarda Cəsarət müəllimin mənim təşkilatının adını çəkməyinə əsasən bağlı qeyd etmək istəyirəm ki mənim özüm və eyni zamanda rəhbəri olduğum təşkilat söylənilən ictimai şuraya aidiyyəti yoxdur.”
Qeyd edək ki, Abşeron İcra hakimiyyəti yanında ictimai şura ilə bağlı “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə faktlarla icra başçısı tərəfindən imzalanan əmrlə İctimai Şuranın 10 nəfərdən ibarət yaradılması, lakin İctimai Şuranın üzvlərinin sayının 15 nəfər ibarət olması ilə bağlı faktları ictimailəşdirmişdi.
Sosial şəbəkələrdə tənqid hədəfinə çevrilən bu faktdan sonra İcra hakimiyyəti həmin faktı təsdiq edən məlumatları saytdan yığışdırmışdı.

Mənbə: xeberal.az