Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək

Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək

Avropa ölkələrinin nümayəndələri gələn həftə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Ukrayna ilə bağlı keçiriləcək danışıqlarda iştirak edəcəklər.

Bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro RTL radiostansiyasına müsahibəsində bildirib.

Nazir qeyd edib ki, Avropa ölkələri danışıqlarda geniş şəkildə təmsil olunacaq.

“Avropa ölkələri danışıqlarda lazımi səviyyədə təmsil olunacaqlar. Fransa da bu müzakirələrdə iştirak etmək üçün Əbu-Dabidə olacaq”, – deyə o vurğulayıb.

Barro Fransanı danışıqlarda kimin təmsil edəcəyinin hələ müəyyənləşmədiyini, lakin ölkəsinin iştirakının dəqiq olduğunu bildirib.

Qeyd edək ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Vaşinqtonun noyabrın 10-11-də Əbu-Dabidə Rusiya və Ukrayna nümayəndələrini bir araya gətirəcəyini açıqlayıb.

Danışıqlarda Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması, müharibədən sonrakı təhlükəsizlik təminatları və gərginliyin azaldılması məsələlərinin müzakirəsi nəzərdə tutulur.

Mənbə: apa.az