Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev qazax dilinə daxil edilən bəzi süni sözlərin istifadəsinin zəruriliyini şübhə altına alıb.
Tokayev bu barədə Beynəlxalq “Qazax dili” Cəmiyyətinin X qurultayında çıxışı zamanı danışıb.
Prezident bildirib ki, “küysandıq” (piano), “kıltıma” (balkon), “subırqaq” (fəvvarə), “sebezi” (duş), “qırıkqabak” (kələm), “ünkağaz” (qəzet) və “jedelsatı” (lift) kimi süni sözlərin istifadəsinə ehtiyac şübhə doğurur.
Tokayev eyni zamanda dini anlayışlarla bağlı qazax dilindəki qədim sözlərin əvəzinə ərəb mənşəli ifadələrin işlədilməsinin də müzakirəyə ehtiyac duyduğunu vurğulayıb.
O, qazax dilinin orfoqrafiya qaydalarının yenidən nəzərdən keçirilməsini, lüğətlərin yenilənməsini və dilçilik sahəsində vahid rəqəmsal sistemin yaradılmasını təklif edib. Bu işlərin 2027-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
Müəllif: Adəm
Mənbə: publika.az