ABŞ-dan Ukraynaya Donbas təklifi - Kiyev rədd etdi

ABŞ-dan Ukraynaya Donbas təklifi -

Ukrayna ABŞ-ın Rusiya ilə sülh danışıqlarını irəli aparmaq məqsədilə təklif etdiyi yeni kompromis variantını qəbul etməyib.

Bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Bildirilib ki, Donald Trampın nümayəndələri Rusiyanın Donbasda cəbhə xətti boyunca tam nəzarət əldə etməsini, Ukraynanın isə hazırda nəzarətində olan şəhərləri saxlamasını təklif ediblər.

ABŞ-ın müharibəni dayandırmaq cəhdləri Rusiyanın Donetsk və Luqansk vilayətlərində təxminən 5 min kvadratkilometr ərazinin ona verilməsi tələbi səbəbindən dalana dirənib.

Ukrayna nümayəndə heyətinə yaxın mənbə bildirib ki, Kiyev Rusiya tərəfindən işğal olunmuş ərazilərlə bağlı hər hansı güzəşti müzakirə etməyib və bunu nə de-fakto, nə də de-yure tanımaq niyyətindədir.

Qeyd edək ki, Ukrayna və Rusiya arasında doqquz aylıq fasilədən sonra Əbu-Dabidə ABŞ-ın vasitəçiliyi ilə danışıqlar bərpa olunub. Prezident Volodimir Zelenski də Ukraynanın Donbasın Rusiya tərəfindən işğal edilməyən hissəsini güzəştə getməyəcəyini bəyan edib.

Akqabay

Mənbə: publika.az