Ermənistan Prezidenti TRIPP qanununu imzaladı

Ermənistan Prezidenti TRIPP qanununu imzaladı

Prezident Vaaqn Xaçatryan Ermənistan Respublikası ilə ABŞ arasında "Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu" Layihəsi (TRIPP) üzrə Strateji Əməkdaşlıq haqqında Çərçivə Sazişini təsdiqləyən qanunu imzalayıb.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Xatırladaq ki, daha əvvəl Ermənistan parlamenti 63 lehinə, 32 əleyhinə olmaqla, Ermənistan və ABŞ arasında imzalanmış TRIPP strateji infrastruktur və tranzit müqaviləsinin ratifikasiyasını təsdiqləyib.

Mənbə: publika.az