Türkiyəli siyasətçidən ŞOK AÇIQLAMA: Bu ölkəyə müharibə elan edə bilərik!

Türkiyəli siyasətçidən ŞOK AÇIQLAMA: Bu ölkəyə müharibə elan edə bilərik!

Lazım gələrsə, Türkiyə Çinə müharibə elan edə bilər.

ONN media xəbər verir ki, bu sözləri Türkiyə Böyük Birlik Partiyasının rəhbəri Mustafa Destici Çin tərəfindən uyğurlara yönəlik etnik təmizləmə mövzusuna həsr edilən proqramda çıxışında deyib.

O bildirib ki, bundan öncə Ankara iqtisadi yöndə müvafiq addımlar atmalıdır:

“Çində toplanma düşərgələrinə aparılanlar arasında Türkiyə vətəndaşları da var. Oradakı insanların əksəriyyətinin sonrakı aqibəti bəlli deyil. Lazım gələrsə, Türkiyə Çinə müharibə elan edə bilər. Lakin bundan öncə fərqli metodlarla təsir göstərmək də mümkündür”.

Mənbə: onn.az