Türk Aerokosmik Sənayesi (TUSAŞ) yeni nəsil qırıcı təyyarənin anonsunu verib.
Publika.az Türkiyə mənbələrinə istinadla xəbər verir ki, adı açıqlanmayan qırıcının istehsal prosesi sürətlə davam edir.
"Ölkəmizin həyatda qalması üçün 5-ci nəsil döyüş qırıcısı üzərində işimiz sürətlə davam edir. Bu layihə ölkəmizi aviasiya və müdafiə sahəsində yüksək səviyyəyə qaldıracaq. Qətiyyətlə addım-addım irəliləyirik", - TUSAŞ-dan bildirilib.
Mənbə: publika.az