“İndi söz Rusiyanın və ABŞ səfirliyinindir” “- “Paşinyanın taleyini onlar həll edəcək”

“İndi söz Rusiyanın və ABŞ səfirliyinindir” “- “Paşinyanın taleyini onlar həll edəcək”

Ermənistanın baş naziri Paşinyanla Baş Qərargah rəisi arasındakı qarşıdurma getdikcə dərinləşməkdə, cəmiyyətin digər təbəqələrini də əhatə etməkdədir. Maraqlıdır, Ermənistandakı proseslər bu ölkənin gələcəyinə və Paşinyanın taleyinə nə vəd edir?

KONKRET.az xəbər verir ki, politoloq Zərdüşt Əlizadə Paşinyanın devrilmə ehtimalının yüksək olduğunu vurğulayıb:

“Bu, hərbi çevrilişdir və ehtimal ki, Paşinyanı devirəcəklər. Bu, Moskva ilə razılaşdırılmış bir addımdır. Ermənistan ordusu Moskvanın nəzarətindədir. Onlar Moskvanın razılığı olmadan belə bir addım ata bilməzlər. Gördülər ki, ənənəvi müxalifət – Qarabağ klanı Paşinyanı devirə bilmir, belə bri addım atdılar.

Paşinyan çarəsizlikdən tərəfdarlarına müraciət edib. Petrosyanı da ordu devirmiş, nəticədə istefa verməyə məcbur olmuşdu. Paşinyana isə istefa ilə bağlı 40 general müraciət edib. Hesab edirəm ki, iş o yerə çatacaq ki, ordunu meydana yeridəcəklər. Paşinyanın tərəfdarlarından özünü fəda etmək istəyən olsa, öləcəklər.

Ermənistanın xarici siaysətində ciddi dəyişiklik baş verməyəcək. Sadəcə ola bilsin ki, Moskvaya daha çox itaət eləsinlər.

Son söz Moskvanın və Ameriika səfirliyinindir. Əgər İrəvandakı Amerika səfirliyi proseslərə qarışsa, erməni hakim qüvvələrini hədələsə ki, Paşinyanı devirsəniz, başınıza min oyun gələcək, onda bəlkə də hərbçilər geri çəkildi. Amma Amerika səfirliyindən belə bir hədə-oqrxu gəlməsə, zənnimcə, Paşinyanı devirəcəklər”. 

Mənbə: konkret.az