UŞAQ BAĞÇASINDA XOCALI FACİƏSİ ANILIB – FOTOLAR

UŞAQ BAĞÇASINDA XOCALI FACİƏSİ ANILIB – FOTOLAR

Bərdə şəhər 10 saylı uşaq bağçasında Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı tədbir keçirilib.

Tədbirdə bağçanın müdiri Leyla Məmmədova uşaqlara ermənilərin işğalçılıq siyasətindən, azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən danışıb.

L.Məmmədova bildirib ki, ermənilər əsrlər boyu azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb. Daha sonra 1992-ci il fevralın 25-dən 26-a keçən gecə ermənilərin Xocalı şəhərində dinc azərbaycanlılara qarşı törətdikləri soyqırımdan bəhs edib.

Leyla xanım bildirib ki, 1 mart 1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Xocalı soyqırımı ilə əlaqədar xüsusi Fərman imzalayıb. Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral “Xocalı soyqırımı günü” elan olunub, bu barədə beynəlxalq təşkilatlara məlumat verilib. Həmçinin 25 fevral 1997-ci ildə Ümummilli lider Heydər Əliyev tərəfindən “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” iki xüsusi Fərman imzalanıb: “Ümummilli liderimiz deyib ki,
bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”
Daha sonra bağçada soyqırımla bağlı hazırlanan foto-stend nümayiş olunub, uşaqların hazırladıqları səhnəciklər təqdim olunub. Uşaqlar vətənpərvərliyə həsr olunan şeirlər söyləyiblər.

Tədbirdən əvvəl isə Bərdə rayonunda yerləşən Şəhidlər Xiyabanı ziyarət olunub, şəhid məzarları üstünə gül qoyulub. İkinci Qarabağ müharibəsində şəhid olan Xudayar Yusifzadənin ailəsi də ziyarət olunub.

Bağça müdiri bildirib ki, hökumətimiz həmişə şəhid ailələrinə, qazilərə, əlillərə xüsusi diqqət və qayğı göstərib.

Mənbə: turkustan.info