Rusiya XİN-dən bütün əməliyyatlarda dolların rolunun azaldılmasına çağırış

“Rusiya bütün əməliyyatlarda dolların rolunu azaltmalı və özünü düşmənçiliyin qaynağına çevirən ABŞ iqtisadi sistemindən uzaqlaşdırmalıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Bloomberg”ə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Sergey Rıbakov deyib.

“Özümüzü mütəmadi olaraq düşmənçiliklərin zəhərli mənbəyinə çevirən ABŞ-ın maliyyə-iqtisadi sisteminə olan asılılıqdan qorumalıyıq. Etibarsızlıq bir tərəfə, qarşılıqlı düşmənçilik mənasında belə, heç vaxt belə bir şey olmamışdı.

Duyğuları cilovlamaq olmur, çox uzun müddət yaxşılaşma görməyəcəyik”, - Rıbakov Rusiya ilə ABŞ arasında əlaqələrdə gərginliyin get-gedə artmasından danışarkən vurğulayıb.

 

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Qarın elektrik enerjisinə mənfi təsiri - VİDEO

SONRAKI XƏBƏR

Qarabağ böyük quruculuq bölgəsidir - Deputat